Fuat Tok
Çevrimdışı
Mesaj Sayısı: 129
|
 |
« : Temmuz 10, 2009, 04:25:59 ÖÖ » |
|
İlk andımız, son andımız Turandı Zəlimxan Yaqub Təntiməyin, tələsməyin, çaşmayın, Yerli-yersiz həddinizi aşmayın, Qazan gəlib qaynamamış daşmayın, Yoldaşımız səbr, dözüm olacaq, Bugün-sabah dünya bizim olacaq. Vaxt Təbrizin, dünya Ərkin dünyası, Yol Tanrının, haqqı dərkin dünyası, Əvvəl-axır dünya Türkün dünyası, Üç gün, beş gün gecim-tezim olacaq, Bugün-sabah dünya bizim olacaq. Şəhid verin, qurban verin, can verin, Cansızlara şah damardan qan verin, Gəmi kimi sahillərə yan verin, Müjdəçilər düzüm-düzüm olacaq, Bugün-sabah dünya bizim olacaq. Düşmən məni düz düşünməz, çaş anlar, Haqq sözümü qaya duyar, daş anlar, Qayıdacaq Çin səddini aşanlar, Tarixlərə təzə sözüm olacaq, Bugün-sabah dünya bizim olacaq. Keçidlərdə ocağımız səngidi, Yoxuşlarda nəfəsimiz təngidi, Tarix bir az haqq sözündə ləngidi, Həqiqətlər çözüm-çözüm olacaq, Bugün-sabah dünya bizim olacaq. Yeni düzən, yeni mizan qurandı, İlk andımız, son andımız Turandı, Soraq verən peyğəmbərdi, Qurandı, Nə yozulsa xeyrə yozum olacaq, Bugün-sabah dünya bizim olacaq. Qovuşacaq bölünənlər, bölgələr, Nurlanacaq qaranlıqlar, kölgələr, Diriləcək Oğuzxanlar, Bilgələr, Türkə səcdə, Türkə təzim olacaq, Bugün-sabah dünya bizim olacaq.
|